Bu, mənim Azərbaycana ikinci, Naxçıvana isə ilk səfərimdir. Mən Naxçıvanı gəzərkən zəngin təəssüratlarım yaranmışdır. Təbiət, dağlar və qarşıda gördüyümüz Araz çayı qəribə bir vəhdət yaradır. İnsanlarınızın dostyana münasibəti və mehribanlığı da diqqəti çəkir ...

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 144 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirmiş, 97 ölkəyə məhsul ixrac olunmuş, 137 ölkədən əmtəə idxal edilmişdir. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, doqquz ay ərzində xarici ticarət ...

Tərtər rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, 2013-ci ilin məhsulu üçün rayonda 1091 hektar sahədə pambıq becərilmişdir. Torpaq mülkiyyətçiləri bu günə qədər 1038 ton məhsul toplamışlar. Yığılan məhsul ...

Azərbaycanın çox qədim tarixi və zəngin mədəniyyəti vardır. Çox sevinirəm ki, belə bir gözəl diyara gəlmişəm. Şəki öz mədəniyyətinə, incəsənətinə və qədim tarixinə görə Azərbaycan şəhərləri içərisində ən yüksək yerdə durur. Bu şəhər füsunkar təbiəti və tarixi abidələri baxımından bənzəri olmayan bir şəhərdir. Kiş kəndindəki bu qədim ...

“Muğanbank” ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə 3 milyon dollar məbləğində maliyyə müqaviləsi imzalamışdır. Bankın ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, müqavilə çərçivəsində alınacaq vəsaitlər istehsal, ticarət, sənaye, kənd təsərrüfatı və digər sahələrdəki kiçik ...

Beyləqan rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır. Beyləqan Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AzərTAc-a bildirmişlər ki, rayonun meşə fondu 9500 hektardır. Bu ilin yaz mövsümündə 31 hektar sahədə göyrüş, akasiya, qarağac və digər ağac cinslərindən ibarət yeni meşələr salınmış, 60 hektar ...

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun daxili informasiya sisteminin yaradılması istiqamətində iş aparılır. Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hazırda “D-Link” şirkəti tərəfindən ...

Tovuz təhsil şöbəsindən AzərTAc-a bildirmişlər ki, rayonun təhsil ocaqları qış mövsümündə normal istiliklə tam təmin olunacaqlar. Rayonda fəaliyyət göstərən 86 məktəbdən 60-ı odun yanacağı və duru yanacaqla, 5 məktəb isə digər elektrik cihazlarla qızdırılacaqdır. . Qalan 21 məktəb mərkəzləşdirilmiş istilik ...

Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün xidmət standartları və davranış qaydaları hazırlanır ...

“Bakı Fond Birjası” QSC-yə (BFB) “Kredit House” MMC-in emissiyanın məbləği 1 milyon manat, bir istiqrazın nominal dəyəri min manat, yerləşdiriləcək istiqrazların sayı min ədəd, tədavül müddəti 720 gün olan təmin edilməmiş, faizli, adlı ...

“DəmirBank” www.demirbank.az saytında onlayn qaydada kredit ödənişlərini qəbul edir. Bankın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, xidmət Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Sistemdə qeydiyyat pulsuzdur. Şəxsi kabinetdə ödəniş tarixçəsi ...

Ağstafa şəhərində şəhid, Qarabağ müharibəsi və Çernobıl əlilləri ailələrinin yaşadığı 20 mənzilli yaşayış binasının istilik sisteminin çəkilişinə başlanılmışdır. Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, 2007-ci ildən istifadəyə verilən binanın ...

Tovuz Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, rayonda 600 hektar üzüm bağı vardır və bunun da 450 hektarı bar verir. Bu günədək sahibkarlar üzüm plantasiyalarından 6 min 902 ton məhsul yığmışlar ki, bu da ...

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Rafael Hüseynov AŞPA-nın monitorinq və hüquq məsələləri və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 5-də Parisə səfərə ...

Nüfuzlu və populyar “Кiевскiй телеграфЪ” nəşri öz səhifələrində qəzetin baş redaktoru, III Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı Vladimir Skaçkonun “Bakısayağı körpü-mayak” sərlövhəli analitik məqaləsini yerləşdirmişdir ...

Noyabrın 5-də Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı, Böyük Britaniyadakı səfirliyimizin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə ənənəvi biznes forum keçirilmişdir ...

İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” gündəlik qəzetində “Dağlıq Qarabağ, unudulmuş münaqişə” sərlövhəli məqalə dərc edilmişdir. Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və problemin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi barədə məlumat verilmişdir ...

Slovakiyanın paytaxtı Bratislavada “Şərq tərəfdaşlığı”na üzv dövlətlər üçün “Penitensiar sistemdə islahatlar” çoxtərəfli layihəsi çərçivəsində iclas keçirilir. Azərbaycan Milli QHT Forumundan AzərTAc-a bildirilmişdir ki, tədbirin keçirilməsində ...

Noyabrın 5-də Heydər Əliyev Mərkəzinin binasının arxitektura təqdimatı olmuşdur. Mərasimdə Azərbaycanın rəsmi şəxsləri, müxtəlif ölkələrdən nümayəndələr, tanınmış arxitektorlar və müasir memarlığın şah əsərlərindən olan Heydər Əliyev Mərkəzinin memarı, dünya şöhrətli Zaha Hadid iştirak etmişlər ...

Nüfuzlu beynəlxalq “Al-Monitor” jurnalının “Türkiyənin nəbzi” buraxılışında Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan beynəlxalq məsələlər üzrə şərhçi Tülin Daloğlunun “Türkiyə-Azərbaycan əlaqələri çox möhkəmdir” məqaləsi dərc olunmuşdur ...