Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Azərbaycan diasporunun rəhbəri Samir İmanovun Dubay hökumətinin rəsmi “Al-Bayan” qəzetində “Azərbaycan Qara Yanvar hadisələrinin 24-cü ildönümünü yad edir” sərlövhəli müsahibəsi dərc edilmişdir. BƏƏ-də fəaliyyət göstərən Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ...

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Göyçay rayonunun idarə və təşkilatlarında, mədəniyyət və təhsil ocaqlarında anım tədbirləri keçirilir. AzərTAc xəbər verir ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı şəhid olmuş Göyçay rayon sakinləri Rauf İsayev və Mehman Muradovun ailə üzvləri, eləcə də sağlamlığını itirmiş ...

Mingəçevir Şəhər Gənclər Evində “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda konfrans keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə əvvəlcə 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir ...

Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində “20 Yanvar faciəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür” mövzusunda tədbir keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş fotoguşə və kitablardan ibarət sərgi ilə tanışlıq olmuşlar ...

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası rəyasət heyətinin üzvləri, Beynəlxalq Sülh və Humanitar Cəmiyyətinin sədri 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət etmiş, məzarlar üzərinə gül dəstələri düzmüşlər ...

Ağstafa şəhər Mədəniyyət Evində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsinə həsr olunmuş fotosərgiyə baxmışlar. Konfransda məruzə ilə çıxış edən Ağstafa şəhər Heydər Əliyev Muzey-Mərkəzinin baş elmi ...

Yanvarın 21-də Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun (BSİ) birgə təşkilatçılığı ilə İSO 50001 “Enerji İdarəetmə Sistemləri” standartının tətbiqi istiqamətində daxili audit üzrə təlimlərə başlanacaqdır ...

AzərTAc-ın Londondakı xüsusi müxbiri Orxan İsmayılovun Böyük Britaniyanın “Avropa Times” qəzetində “Bakı Beynəlxalq Humanitar Forumu: Mədəniyyətlərarası və dinlərarası dialoqun mərkəzi” sərlövhəli məqaləsi dərc edilmişdir. Məqalədə qeyd olunur ki, Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif millətlərin ...

Avstriyada nəşr olunan və əsasən diplomatik korpusun, hökumət qurumlarının və iqtisadi dairələrin abunə olduğu “Diplomatique Cercle” jurnalının növbəti nömrəsində III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc edilmişdir ...

Meksikanın “Mundo İnternacional” jurnalının növbəti nömrəsində “Azərbaycan iqtisadiyyatının 10 illik inkişaf dövrü: 2003-2013” və “Üçüncü Bakı Beynəlxalq Humanitar Forumu” sərlövhəli iki məqalə dərc olunmuşdur. Bu barədə AzərTAc-a Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı ...

Yaponiyada hazırlanmış və fəlakət zonalarında istifadə üçün nəzərdə tutulmuş robot ABŞ-ın Florida ştatında keçirilmiş müsabiqənin qalibi olmuşdur. İki gün davam etmiş robotlar müsabiqəsində dünyanın müxtəlif ölkələrindən 16 komanda iştirak etmişdir ...

“Bank Respublika” yeni il ərəfəsində “Facebook” dostlarını maraqlı viktorinada iştiraka dəvət edir. Bankdan AzərTAc-a bildirmişlər ki, dekabrın 23-dən 30-dək keçiriləcək ...

Dekabrın 22-də “ABU Arena”da “Fəal ailəm, sağlam aləm” layihəsi çərçivəsində Bakıda ilk ailəvi idman yarışlarının final mərhələsi keçirilmişdir. AzərTAc xəbər verir ki, yarışın final mərhələsinin açılış mərasimində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Təhsil Nazirliyinin şöbə müdiri ...

Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən Qahirə Universitetinin iqtisadiyyat və siyasi elmlər fakültəsinin tələbələrinin iştirakı ilə “Azərbaycan günü” təşkil olunmuşdur ...

Tovuz Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən AzərTAc-a bildirmişlər ki, qurum tərəfindən rayonda ticarət və iaşə xidmətləri göstərən sahibkarlıq obyektlərində mütəmadi olaraq sanitariya müayinələri aparılır. Cari ilin yanvar-noyabr aylarında aparılan sanitar müayinələri zamanı 19 sahibkara ...

Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AzərTAc-a bildirmişlər ki, hazırda Ağdaşda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işləri davam etdirilir ...

“Synergy Group” ASC-yə daxil olan “Renaissance Construction Azerbaijan” şirkəti respublikada inzibati binalar, mehmanxana, ticarət və biznes mərkəzləri, ağır və yüngül sənaye zavodları kimi müxtəlif inşaat işlərinin layihələndirilməsi və tikintisi ...

Tbilisi şəhər məhkəməsinin hakimi Dali Metreveli şəhərin meri Qiqi Uqulavanın səlahiyyətlərinin dayandırılmasına dair qərar çıxarmışdır. Gürcüstan Baş Prokurorluğu məhkəməyə merin barəsində həbs qətimkan tədbiri görülməsinə və səlahiyyətlərinin dayandırılmasına dair qərar qəbul edilməsi barədə müraciət etsə də ...

"Bank of Baku" kino həvəskarlarına Yeni il sürprizi təqdim edir. Bankdan AzərTAc-a verilən məlumata görə, "Park Cinema" kinoteatrlarında (“Park Bulvar”, “Metro Park”) "Bolkart"la bilet alan hər kəsə popkorn və "Coca-Cola" hədiyyə veriləcəkdir ...

Cari ilin sonuna yaxın Yaponiya xaricdən gələn on milyonuncu qonağı qəbul etmişdir. Hökumət tərəfindən qarşıya qoyulmuş bu vəzifə ilk dəfə yerinə yetirilmişdir. Yaponiya hökuməti iqtisadi inkişafı təmin etməyə yönəldilmiş strategiyanı həyata ...