Eduard Petrov: Bakı Avropa şəhərlərindən də gözəldir

Bakı, 31 oktyabr (AzərTAc). Bakı dünyanın ən gözəl şəhərlərindəndir. Mən onu Avropa şəhərləri ilə müqayisə edərdim.
AzərTAc xəbər verir ki, bu sözləri III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Rusiya Federasiyasının “Vesti” proqramının direktor müavini Eduard Petrov demişdir.
Rusiyalı jurnalist Forumda dünyanın nüfuzlu insanlarının iştirak etməsini bu tədbirin əhəmiyyətinin sübutu olduğunu demişdir. E.Petrov tədbirdə çox mühüm məsələlərin müzakirə olunduğunu və bunun humanitar problemlərin həllində böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir.