Bakı Şərqlə Qərbin qapısı sayılır

Bakı, 31 oktyabr (AzərTAc). AzərTAc xəbər verir ki, III Bakı Beynəlxalq Humanitar Forumunda Rusiya Federasiyasının “Vesti” proqramının aparıcısı Marina Kim də iştirak etmişdir.
Rusiyalı aparıcı jurnalistlərə verdiyi müsahibəsində Azərbaycana ikinci dəfədir ki, səfər etdiyini və Bakıya gəlişindən şad olduğunu vurğulamışdır.
Marina Kim demişdir: “Azərbaycana ilk səfərimi jurnalist kimi etsəm də, bu dəfə ölkəmi burda Forum iştirakçısı kimi təmsil edirəm. Bu cür əhəmiyyətli bir tədbirin Bakıda keçirilməsi təsadüfi deyildir. Çünki Bakı Şərqlə Qərbin qapısı sayılır”.