Bakı Beynəlxalq Humanitar Forumunun işində iştrak etmək üçün qeydiyyat prosedurasından keçməlisniz. Bunun üçün aşağıdakı bölmədən "Qeydiyyat Forması" -nı yükləyin, əl yazısı ilə və ya elektron olaraq daxil edin. Bütün məlumati internet vasitəsi ilə information@bakuforum.org elektron ünvanına və ya faks ilə (+994) 12 437 19 23 nömrəsinə göndərin.
Bundan əlavə Siz həmçının JPG formatda fotoşəkil və qısa tərcümeyi-hal göndərməlisiniz. Göndərilən məlumatlar Forum üçün iştirakçılar haqqında əsas məlumatları və dəyirmi masalarda
toxunulacaq problemlərin geniş səciyyəsini özündə əks etdirən xüsusi nəşrdə istifadə olunacaqdır.
Vizanın alınmasına dair məlumat Bakı Beynəlxalq Humanitar Forumuna dəvət olunmuş iştirakçılar Azərbaycan Respublikasına səfər etmək üçün viza rəsmiləşdirməsindən ehtiyac duyurlarsa, Azərbaycan Respublikasının xarici ölkələrdəki Səfirlikləri və Konsulluqlarına müraciət edib əldə edə bilərlər.